İstanbuldan Bakıya qanunsuz qızıl keçirmək istəyən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbuldan Bakıya qanunsuz qızıl keçirmək istəyən şəxs saxlanıldı

15:29 - 15 / 04 / 2023
İstanbuldan Bakıya qanunsuz qızıl keçirmək istəyən şəxs saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirib.

1news.az Komitədən verilən məlumata istinadən xəbər verir ki, baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər