UNESCO mükafatı öz sahibini Azərbaycanda tapdı! - Avropanın ürəyini fəth edən rəssam Aydan Məmmədova - FOTO

2023 ilin aprel ayında İtaliyanın paytaxtı olan Roma şəhərində keçirilmiş beynəlxalq simpoziumuna Azərbaycandan tanınmış rəssam, Rəssamlar İttifaqın üzvü, magistr Aydan Məmmədova dəvət olunub.
Müasir Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi Aydan xanımın növbəti sənət sayəhəti Romadan başladı. Şəhərin mühitini dərk edəndən sonra təkrarolunmaz kompozisiyanı yaratmağa doğru getdi. Əski Roma mədəniyyətinin incisi olan Kolizeyi və Azərbaycanın ürəyi olan İçərişəhərin arxitekturasının sintezi, Azərbaycanın təkrarolunmaz rəmzi narın fonunda sözügedən əsərdə əks etdirmişdir.
Rəssamın kompozisiyasında narın yerləşdirilməsinin cəsarətli qərarı heç bir tamaşaçını laqeyd qoymayacaq!
Parlaq, şirəli nar dənələri hələ bu qədər incəlik və rəng dərinliyi ilə təsvir olunmamışdır, hər bir nar dənəsindəki rəng daşqınları sizi uzun müddət onların hər birinə dərindən baxmağa və nəzər salmağa vadar edir. Aydan xanım şəklin ön planında narı yerləşdirməklə iki sivilizasiyanın, qərb və şərqin qədim tarixi olan zənginlik və bərəkətin əbədi simvolu altında birləşdirdi! Yaranan şah əsəri Romadan ayrılmayaraq orada öz sahibini tapdı. Simpoziumda çəkilmiş şəkil heç kəsi biganə qoymayıb həmçinin sərginin təşkilatçıları rəssamı YUNESKO-nun diplom və medalı ilə təltif etdilər.





Daha sonra Aydan xanımın yaradıcılıq yolu İtaliyanın şimalında, sənət guşəsi olan Florensiyada davam etdi. Florensiyanın tarixindən ilhamlanan rəssamımız bir sıra plenerlər və ustad dərsləri keçirdi.


Siz rəssamın İçərişəhərin mərkəzində, Böyük qala 16 ünvanında yerləşən emalatxana-qalereyasında İtaliyada füsunkar səyahət zamanı yaradılmış rəsmlərə baxa və əldə edə bilərsiniz. Aydan xanımın kolleksiyasına tamamilə fərqli janr və istiqamətlərdə yaradılmış 100-dən çox əsər daxildir. Orada dünyanın müxtəlif yerlərində ABŞ, BƏƏ, Fransa və s.-də nümayiş etdirilmiş əsərləri görə bilərsiniz. Rəssamın qalereyasında olan rəsmlərdən əlavə siz direktoru Aydan Məmmədova olan PARTCHA.AZ brendinin paltarların üzərində əllə çəkilmiş kapsul kolleksiyasına baxa və əldə edə bilərsiniz. Qalereyanın heç bir ziyarətçisi istiqamətlərin müxtəlifliyinə, rənglərin təkrarolunmaz birləşməsinə və yalnız Aydan xanımın rəsmlərinə xas olan enerji və həssaslığın dolğunluğuna biganə qalmayacaq!


Məqalənin müəllifi: Ekspert, art-tənqidçi Sevil Kərimova
Reklam hüququnda