Azərbaycanlı qız Norveçdən tam təqaüdlü qəbul aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı qız Norveçdən tam təqaüdlü qəbul aldı

14:21 - 19 / 04 / 2023
Azərbaycanlı qız Norveçdən tam təqaüdlü qəbul aldı

Şəmkir rayon Kimya-biologiya təmayülü liseyin 10-cu sinif şagirdi Quliyeva Səbinə Norveçin UWC Red Cross Nordic məktəbinə tam təqaüdlə (65,000 $) qəbul olub.

1news.az xəbər verir ki, bu haqda liseyin özü məlumat yayıb.

"Səbinə bu il UWC məktəblərinə Azərbaycandan seçilən top şagirdlərdən biri kimi seçilib və UWC Norveç məktəbində təhsil alaraq ölkəmizi təmsil edəcək ilk azərbaycanlıdır.

Səbinə növbəti iki tədris ilini(11 və 12-ci sinifləri burada IB(Beynəlxalq Bakalavriat) proqramı üzrə davam etdirəcək.

Azərbaycanlı şagirdlər üçün belə bir şəraiti yaratdığına görə UWC Azərbaycan milli komitəsinə dərin təşəkkürümü bildiririk.

Liseyimiz adından Səbinəni və valideynlərini təbrik edir, müəllimlərinə təşəkkür edirik".

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər