Şəmkirdə qızıl təsbeh oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə qızıl təsbeh oğurlanıb

14:12 - 21 / 04 / 2023
Şəmkirdə qızıl təsbeh oğurlanıb

Şəmkirdə restoranda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
621

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər