Azərbaycanın etirazlarına görə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddia sənədinə baxılmanı dayandırıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın etirazlarına görə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddia sənədinə baxılmanı dayandırıb

Qafar Ağayev14:40 - 24 / 04 / 2023
Azərbaycanın etirazlarına görə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddia sənədinə baxılmanı dayandırıb

Aprelin 21-də Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında" Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını rəsmən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildiriblər ki, Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.

Paylaş:
373

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər