Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib

Qafar Ağayev16:22 - 27 / 04 / 2023
Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, ilkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Paylaş:
704

Son xəbərlər

Bakıda yol çökdü - FOTO

28 / 03 / 2026, 14:46
Bütün xəbərlər