AAF Formula 1 çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

AAF Formula 1 çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək

Qafar Ağayev12:00 - 27 / 04 / 2023
AAF Formula 1 çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) Formula 1 Azərbaycan qran-prisi çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək.

1news.az xəbər verir ki, sərgi və yürüş aprelin 28-30 tarixlərində baş tutacaq.

Formula 1-in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək.

Formula 1 günlərinə rəng qatacaq daha bir tədbir aprelin 29-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Bakı Kartinq Turniri olacaq. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.

AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək. Belə ki, Formula 1-in yarış halqasında (trek) böyük maraqla qarşılanan klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.

Paylaş:
464

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər