Saatlara yeni həyat verən Hacı dayı: “Prezidentdən xahiş etdim ki,...” – MÜSAHİBƏ - VİDEO | 1news.az | Xəbərlər
Reportaj

Saatlara yeni həyat verən Hacı dayı: “Prezidentdən xahiş etdim ki,...” – MÜSAHİBƏ - VİDEO

Aynurə Xudaverdiyeva10:44 - 03 / 05 / 2023
Saatlara yeni həyat verən Hacı dayı: “Prezidentdən xahiş etdim ki,...” – MÜSAHİBƏ - VİDEO

“Bir dəfə İlham Əliyevin sürücüsü gəldi ki, bu Prezidentin saatıdır, təmir etmək lazımdır”.

Bu sözləri 1news.az-a müsahibəsində saatsaz Hacı Fətəliyev deyib.

Mətbuatda Hacı dayı Prezidentin saatsaz dostu kimi tanınır. Divarlardan asılan köhnə qəzet səhifələrində də belə yazılmışdı. O cənab prezidentlə tanış olma xatirəsini bizimlə bölüşdü. Hacı dayı deyir ki, İlham Əliyevlə tanışlığı uzun illər öncəyə söykənir: “Yadıma gəlir 2004-cü ilin aprel ayının 4-də eşitdim ki, Prezidentimiz bu küçədən keçir. Mən də həmin vaxt saat düzəldirdim. Tez çölə çıxdım, insanların arxasınca getdim. Cənab Prezidentə yaxınlaşdım, dedim ki, “Cənab Prezident, sizi 1 dəqiqə olar?”. O da dönüb mənə baxdı. Doğrudan da, bizim prezidentimiz çox sadə insandır. Özümü o zaman təqdim etdim. Dedim ki, sizə çoxdan idi yaxınlaşmaq istəyirdim. O da dedi ki, “Yaxşı elədin, yaxınlaşdın”. Sonra növbəti dəfə görüşəndə isə mən ona dedim, cənab Prezident, siz hamı ilə dostluq edirsiniz, sizin prezident, nazir, səfir dostlarınız var, qoy bir dənə də saatsaz dostunuz olsun. O da mənim təklifimi çox yaxşı qarşıladı və razılaşdı. Bir dəfə yadıma gəlir İlham Əliyevin sürücüsü gəldi ki, bu Prezidentin saatıdır, təmir etmək lazımdır. Stolüstü saat idi. Düzəldib təhvil verdim”.

Hacı dayıya müsahibə almaq istəyimizi bildirəndə o, bunu çox məmnuniyyətlə qəbul etdi. İlk sözü “Buyurun, gəlin, xoş gəlirsiniz!” oldu.

Ünvanı öyrəndikdən sonra fikirləşirdim ki, o, bahalı saatların düzəldiyi yer çox gözəl, geniş bütün şəraitlə təmin olmuş olar, lakin ünvana çatdıqdan sonra gördüm ki, düşündüyüm kimi deyil. Yanında müştəriləri var idi. Bizi gülərüzlə qarşıladı. Əlində saat olduğunu, tez təmir edib müsahibəyə başlayacağını dedi. Hacı dayını səssiz, sakit biri kimi düşünürdüm, amma o, tam əksinə tam əksinə, deyib-gülür, zarafatlaşaraq saatı təmir edirdi. Müştəriləri yola saldıqdan sonra iş eynəyini çıxarıb “Hə, necə çəkəcəksiniz məni?” deyib iş masasını səliqəyə saldı.

Biraz söhbət etdikdən sonra bu peşəni uşaqlıqdan seçdiyini, onu saatsazlığa yazdıran dayısına hər zaman rəhmət oxuduğunu da dedi: “Hələ 16 yaşım var idi. Dayım mənə seçmək üçün müxtəlif peşələr təklif etdi. Amma mən Nuh dedim, peyğəmbər demədim. Dedim ki, saatsaz olacam, vəssalam! Beləliklə dayım məni saat ustasının yanına şagird düzəltdi. 6 ay oxudum. Mənə bu peşəni öyrədən müəllimim yəhudi idi. O, mənə elə yaxşı öyrətmişdi ki, peşəni, artıq sərbəst işləyə bilərdim. Amma dayım şagirdliyimi bir 6 ay da uzatdı. Üzünə heç nə deyə bilməsəm də fikirləşdim: “Dayım niyə belə elədi?” O mənim bu narazılığımı başa düşmüşdü. Mənə yaxınlaşıb unuda bilməyəcəyim o sözü dedi: “Ay bala, pulu həmişə qazanacaqsan, amma əvvəlcə sənəti yaxşı öyrən”. Necə deyərlər o vaxtlar bu sənətin qulu oldum, indi də şahıyam.

Hacı dayının balaca iş otağında o qədər məşhur insanlarla fotoları var idi ki, divar kağızı sanki onun məşhurlarla olan şəkillərindən ibarət idi. Burada kimlər yox idi ki? Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, tanınmış politoloqlar, aktyor Fuad Poladov, Fəxrəddin Manafov... Bir sözlə, ən gənc müğənnisindən tutmuş siyasətçisinə, dövlət adamlarına, aktyoruna kimi hamı saatını Hacı dayıya düzəltdirir.

Saatsaz Hacı düzəltdiyi bahalı saatların kimlərə məxsus olduğunu heç vaxt bilmədiyini dedi:

“Bilirsiniz düzəltdiyim ən bahalı saatın qiyməti 200 min dollardan çox idi. Bu cür bahalı saatları heç vaxt sahibləri gətirmir. Həmişə sürücülər gətirir. Mən də düzü bilmirəm kimindir. Amma təxmin edirəm”.

O deyir ki, çox uzun illərdir bu işin içindədir, amma yenə də öyrənir. “Birdə görürsən ki, elə şeylər çıxır ki, mən heç onu həyatı boyu görməmişəm. Ona görə də hər ilin kataloqunu alıram ki, təzə çıxan saatların sökmə qaydalarını öyrənim. Yoxsa bilmərəm vurub bahalı malı korlayaram. Sonra gəl cavab ver.

Bu peşə dərin peşədir, nə qədər gedirsən bir yerə vara bilmirsən, dura bilmirsən”.

Daha ətraflı reportajda:

Paylaş:
2761

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər