Şəkidə məktəbdə kişi öldü

Şəkidə məktəbdə ölüm hadisəsi baş verib.
1news.az APA-nın məlumatına istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Aran kənd tam orta məktəbində baş verib. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 1972-ci il təvəllüdlü Telman Məhərrəm oğlu Əzizovun vəziyyəti qəfil pisləşib və o, keçinib. İlkin araşdırma zamanı T. Əzizovun ürək tutmasından öldüyü məlum olub.
481