Bakıda ağaclar qanunsuz kəsilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağaclar qanunsuz kəsilib - FOTO

13:52 - 15 / 05 / 2023
Bakıda ağaclar qanunsuz kəsilib - FOTO

Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev 1news.az-a bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.

"Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır", - Q.Ağayev vurğulayıb.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər