“Buta Airways”in təyyarəsi Tbilisidə məcburi eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways”in təyyarəsi Tbilisidə məcburi eniş edib

13:57 - 15 / 05 / 2023
“Buta Airways”in təyyarəsi Tbilisidə məcburi eniş edib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

AZAL-dan 1news.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

Paylaş:
484

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər