Ötən sutka ərzində 14 yanğına çıxış olub, 6 nəfər xilas edilib - FHN | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka ərzində 14 yanğına çıxış olub, 6 nəfər xilas edilib - FHN

10:49 - 15 / 05 / 2023
Ötən sutka ərzində 14 yanğına çıxış olub, 6 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən 1news.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
256

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər