“Həyəcana start ver!”: “Flash Kart”da kartinq çempionatı keçirilib - FOTO

12 May tarixində “Dəniz Mall” ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşən yenilənmiş “Flash Kart”-da kartinq həvəskarlarının diqqətini cəlb edən olduqca maraqlı tədbir keçirilib.
Çoxsaylı sürət həvəskarlarını bir araya gətirən həyəcanverici tədbirin şüarı “Həyəcana start ver!” ifadəsi idi və iştirakçılar tədbirdən çox həyəcanlı və son dərəcə müsbət emosiyalar yaşayaraq ayrıldılar.
Qonaqlar adrenalini hiss edərək həvəskar kartinq çempionatında iştirak etdi və “Flash Kart”-da əsl sürət həyəcanı yaşadı. Tədbir çərçivəsində həmçinin müxtəlif müsabiqələr keçirildi və qaliblərə “Flash Kart”-dan hədiyyələr təqdim olundu. Tədbir sevilən ifaçılar PRoMete və Hiss-in çıxışı ilə başa çatdı, onlar tədbirin qonaqları üçün trenddə olan hitlərini ifa edib, bununla da gecənin əyləncə proqramına daha da rəng qatdılar.
“Flash Kart” Azərbaycanda ən böyük qapalı kartinqlərindən biri olmaqla yanaşı, ziyarətçilərə burada yeni yollar, müasir kartlar və əlbəttə ki, unudulmaz emosiyalar yaşamaq vəd edir. “Flash Kart”-da siz hava şəraitindən asılı olmayaraq əsl və ən əsası təhlükəsiz yarış təcrübəsini yaşaya bilərsiniz.
“Flash Kart”da yarış yolu iki trekdən ibarətdir - böyüklər üçün yolun uzunluğu 460 metr, uşaqlar üçün isə 100 metr təşkil edir. Yekinlər üçün yarış trekində 22 döngə, 1 eniş və 1 yoxuş var ki, bu da sürət və rəqabət həvəskarlarını daha da həyəcanlandırır. Sürətə gəlincə, hər bir kartın sürəti üç səviyyədə tənzimlənir və təhlükəsizlik üçün yarış zamanı bütün müəyyən edilmiş təhlükəsizlik qaydalarına ciddi əməl olunması marşallar tərəfindən idarə olunur.
Uşaqlar üçün trek həm də gənc sürət həvəskarlarının inanılmaz yarış təcrübəsini yaşamaları üçün ideal məkandır. 6 döngədən ibarət olan bu trekdə kartların sürəti uşaqlaraı nəzərə alaraq tənzimlənir və marşallar tərəfindən nəzarət olunur.
“Flash Kart”-dakı ən yeni elektrik yarış kartları ion batareyaları ilə işləyir və ekoloji cəhətdən tamamilə təmizdir. Yarış yolu yüksək sürətə maksimum dərəcədə davamlıdır və hərəkətin rahat axınını təmin edir.
Onu da qeyd edək ki, “Flash Kart” karting mərkəzi, “Dəniz Mall”- da yerləşən Azərbaycanda ilk təhsilyönümlü əyləncə mərkəzi “Kinderland”-i idarə edən “Caspian Entertainment Şirkətinin”nin layihələrindən biridir.
Güclü adrenalin almaq və özünüzü Formula 1 yarışçısı kimi hiss etmək istəyirsiniz? O zaman həftəiçi saat 13-00-dan 22-00-dək, şənbə və bazar günləri isə 10-00-dan 22-00-a kimi fəaliyyət gəstərən “Flash Kart”a mütləq baş çəkin.
Sosial şəbəkələrdə “Flash Kart”ı bu hesablarda izləyə bilərsiniz: Instagram və Facebook.
Kartinqlə bağlı sizə lazım olan bütün məlumatları (+994 10) 525-44-14 əlaqə nömrəsi ilə əldə edə bilərsiniz.
Reklam hüququnda