Hacıqabulda həyətində xaşxaş yetişdirən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda həyətində xaşxaş yetişdirən şəxs saxlanılıb - FOTO

10:37 - 20 / 05 / 2023
Hacıqabulda həyətində xaşxaş yetişdirən şəxs saxlanılıb - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həyətində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən rayon sakini Mehman Əlihüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və yaş çəkisi 7 kiloqram olan 22 ədəd xaşxaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər