Masazırda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

11:18 - 20 / 05 / 2023
Masazırda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər