Ceyhun Məmmədov: “Repetitorluq dünyanın hər yerində var, amma heç bir yerdə bu qədər kütləvi deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Məmmədov: “Repetitorluq dünyanın hər yerində var, amma heç bir yerdə bu qədər kütləvi deyil”

Ayşən İsmayılova16:39 - 22 / 05 / 2023
Ceyhun Məmmədov: “Repetitorluq dünyanın hər yerində var, amma heç bir yerdə bu qədər kütləvi deyil”

“Hesab edirəm ki, Azərbaycanda repetitorluq məsələsinə yenidən baxmalıyıq”.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov repetitorluq və bunker müəllimlərlə bağlı 1news.az-a açıqlamasında deyib.

“Mən bu məsələyə dəfələrlə münasibət bildirmişəm. Ümumiyyətlə repetitorluq təhsilimizin qara yarasıdır. Biz bəzən tənqidi fikirlər səsləndirəndə kimlərsə repetitorluğun dünyanın hər yerində olduğunu söyləyirlər. Dünyanın hər yerində var, amma heç bir yerdə bu qədər kütləvi deyil. Təəssüf ki, bu məsələdən müxtəlif məqsədlərlə istifadə olunur. Yəni bunker müəllimlər, müəllimlərə verilən pulların miqdarı və s. ilə bağlı məsələlərin hər biri ayrılıqda diqqətlə öyrənilməli və araşdırılmalıdır. Valideynlər də həm müəllim seçimində, həm də uşaqlarının ali məktəbə hazırlıq mərhələsində diqqətli olmalıdır. Bəzi valideynlərin övladlarına çox ciddi təzyiqlər göstərdiyini görürük. Bu düzgün deyil. Əgər bunker məsələsi ilə bağlı faktlar varsa, bu faktların hər biri araşdırılmalıdır ki, gələcəkdə bu cür problemlərə yenidən şahid olmayaq”.

Deputat yeni bir sistem qurulmasının önəmini vurğulayıb.

“Eyni zamanda biz bu paralel təhsilin aradan qaldırılmasına çalışmalıyıq. Elə bir sistem qurmalıyıq ki, şagirdlərin əlavə müəllim yanına getməsinə ehtiyac duyulmasın. Bu valideynlər üçün də çox çətindir. Bəzən valideyn iki-üç övladını müəllim yanına göndərməli olur və hər biri üçün 200-300, bəzən də daha çox vəsait ödəməyə məcbur olur. Bu da valideynlərə çox ciddi bir yükdür. Bu məsələ tezliklə həllini tapmalıdır. Problem həllini tapmalıdır ki, valideynlərimiz də, şagirdlərimiz də bu prosesdən əziyyət çəkməsinlər”.

Həmçinin oxuyun:

Repetitor yanına getmədən universitetə qəbul olmaq mümkündür? - ŞƏRHLƏR

Paylaş:
1166

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər