Ölkə ərazisində qeydə alınan 53 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində qeydə alınan 53 cinayətin üstü açılıb

11:53 - 23 / 05 / 2023
Ölkə ərazisində qeydə alınan 53 cinayətin üstü açılıb

Mayın 22-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarılan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə altı nəfər ölüb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər