FHN Naxçıvanda selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işləri açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Naxçıvanda selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işləri açıqladı

Qafar Ağayev10:04 - 24 / 05 / 2023
FHN Naxçıvanda selin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işləri açıqladı

Xəbər verildiyi kimi, Naxçıvan şəhəri və Babək rayonu ərazisində yağan intensiv yağışlar səbəbindən bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Nazirlikdən 1news.az-a bildirilib ki, görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Belə ki, Naxçıvan şəhəri və Babək rayonunda ümumilikdə 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb.

Qeyd edək ki, suçəkmə işlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 223 nəfərdən ibarət şəxsi heyəti, 16 texnika, 15 motopompa və 6 nasos cəlb olunub.

Paylaş:
291

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər