“Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda sessiya keçiriləcək”
“Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək”.
1news.az xəbər verir ki, bunu Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov deyib.
“Belə ki, "Heydər Əliyev ili" kontekstində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Ölkə başçısı İlham Əliyev bir müddət öncə bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Bununla əlaqədar olaraq, “Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı’’ mövzusunda sessiya təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvanda şəhərində keçiriləcək tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram – Naxçıvan şəhər turu və konsert proqram da baş tutacaqdır”.