Azərbaycanda istehsal edilən avtomobillər ƏDV-dən azad olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda istehsal edilən avtomobillər ƏDV-dən azad olunacaq

12:53 - 30 / 05 / 2023
Azərbaycanda istehsal edilən avtomobillər ƏDV-dən azad olunacaq

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azad olunacaq.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər