İçərişəhərdə 31 May Ümumdünya Tütünsüz Günü qeyd edilib

Hər il dünyada Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü əsasında 31 may tarixi Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir və bununla bağlı ictimai- sosial təşəbbüslər həyata keçirilir.
1news.az xəbər verir ki, bu günün qeyd edilməsində əsas məqsəd tütündən istifadənin doğurduğu xəstəliklərə və ölüm hallarına qarşı ictimaiyyətin diqqətini artırmaqdır.
"Qoru" Gənclər Təşəbbüs Qrupunun könüllüləri ictimai iaşə məkanları ilə əməkdaşlıq əsasında, 31 May 11:00-12:00 saat aralığında tütün məmulatlarından istifadəni məhdudlaşdıraraq, İçərişəhər ziyarətiçilərini bu mövzuda məlumatlandırıblar.
Tütünsüz Günlərin sayını artıraq - Sağlamlığımızı qoruyaq!
195