BP rəsmisi: Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinə investisiyalarımızı davam etdirəcəyik

“BP şirkəti Azərbaycana 30 ildir ki, investisiya yatırır”
1news.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons(Gary Jones) bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.
“Gələcəkdə də Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinə investisiyalarımızı davam etdirəcəyik. Bu region bizim üçün önəmlidir",
Q.Cons bildirib ki, "Azəri-Mərkəzi-Şərqi" dəniz platformasında da işlər davam edir "Burda ilk neft hasilatını 2024-cü ildə gözləyirik".
338