Faktiki hava açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Faktiki hava açıqlanıb

17:08 - 01 / 06 / 2023
Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29 dərəcə isti, Naxçıvanda 23-27 dərəcə isti, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23 dərəcə, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər