Bakıda dəhşətli qəza - Piyada keçidində piyadanı avtomobil vurdu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli qəza - Piyada keçidində piyadanı avtomobil vurdu - VİDEO

13:33 - 05 / 06 / 2023
Bakıda dəhşətli qəza - Piyada keçidində piyadanı avtomobil vurdu - VİDEO

Qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı, baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.

1news.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib. Belə ki, sürətlə gələn avtomobil yoluna çıxan, qırmızı işıqda keçən “Nissan” markalı avtomobilə çırpılıb. Nəticədə “Nissan” avtomobilinin sürücüsü idarəetməni itirərək piyadanı vurub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır.

Paylaş:
1466

Son xəbərlər

Bütün xəbərlər