87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO

15:42 - 06 / 06 / 2023
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

Paylaş:
359

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər