FHN: Gəncədə subasmaya məruz qalmış yerlərdən su çəkilərək kənarlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Gəncədə subasmaya məruz qalmış yerlərdən su çəkilərək kənarlaşdırılıb

17:49 - 15 / 06 / 2023
FHN: Gəncədə subasmaya məruz qalmış yerlərdən su çəkilərək kənarlaşdırılıb

Məlumat verildiyi kimi, Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə yaranan təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal müvafiq tədbirlərin görülməsinə başlayıb.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində Yeni Gəncə və Sadıllı qəsəbələrində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər