TƏBİB sədri karantin rejiminin ləğvi ilə bağlı danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB sədri karantin rejiminin ləğvi ilə bağlı danışdı

Qafar Ağayev15:56 - 17 / 06 / 2023
TƏBİB sədri karantin rejiminin ləğvi ilə bağlı danışdı

Karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından asılıdır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

"Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Hazırda koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir",- deyə V.Qurbanov bildirib.

Qeyd edək ki, TƏBİB tərəfindən Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilir.

Xatırladaq ki, sonuncu dəfə Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər