Kürdəmirdə yük avtomobili hasara çırpılıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə yük avtomobili hasara çırpılıb, xəsarət alan var

17:40 - 19 / 06 / 2023
Kürdəmirdə yük avtomobili hasara çırpılıb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” markalı yük avtomobili yol kənarındakı hasara çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər