Leysan nəticəsində bu çaydan sel keçir - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan nəticəsində bu çaydan sel keçir - Faktiki hava

16:48 - 20 / 06 / 2023
Leysan nəticəsində bu çaydan sel keçir - Faktiki hava

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunan faktiki havanı açıqlayıb.

1news.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonundan axan Dəstəfurçaydan və Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər