Avropanın mərkəzində dayanıqlı innovasiyaların yarandığı məkan – FOTO

Lenovo-nun Ullo şəhərindəki zavodunun açılmasından 1 il ötür.
Bu gün Lenovo-nun Avropada ilk daxili istehsal müəssisəsinin açılışından bir il ötür. 12 ay ərzində zavodun istehsal etdiyi məhsulların daşınması 1 milyon ədəddən çox olmuş, işçilərin sayı 20% artmış, müəssisənin özü isə dəfələrlə Macarıstan hökuməti tərəfindən mükafatlandırılmışdır.
İnnovasiyaların yarandığı məkan: fərdi kompüterlərdən superkompüterlərə qədər
İki üçmərtəbəli binanı əhatə edən və təxminən 50.000 m2 sahəsi olan obyekt cəmi 10 ay ərzində tikilib və Lenovo-nun ən böyük və yüksək texnologiyalı zavodlarından birinə çevrilib. İstehsal xətti hər bir müştərinin fərdi tələblərini nəzərə almaqla gündə 1000-dən çox server və 4000 iş stansiyası yaratmaq qabiliyyətinə malikdir. İnnovativ avtomatlaşdırma vasitələri ilə təchiz edilmiş müəssisə birinci dərəcəli idarəetmə sisteminə malikdir. Sözügedən sistem həm emalatxanalarda, həm də logistika zonasında quraşdırılıb və temperaturu, rütubəti, infrastrukturun vəziyyətini idarə etməyə və DIMM modullarının robotlaşdırılmış markirovkasını həyata keçirməyə şərait yaradır. Bütün bunlar Lenovo məhsullarının optimal keyfiyyət səviyyəsini təmin etməyə imkan verir.
Son beş il ərzində Lenovo TOP500 superkompüter və yüksək məhsuldarlığa malik sistemlər üzrə birincilər arasındadır. Macarıstanda zavodun açılması şirkətin reytinqdəki mövqeyini möhkəmləndirib, çünki burada Avropanın ən böyük superkompüterlərindən bəziləri (Barselonadakı Superkompüter Mərkəzi (İspaniya), Leinbiz Superkompüter Mərkəzi (Almaniya) və SURF (Niderland), eləcə də bir çox digər yüksək məhsuldarlı hesablama mərkəzləri) üçün avadanlıq istehsal edilir.
Dayanıqlı innovasiyaların fəaliyyəti
Zavodun məhz Macarıstanda inşa edilməsinin başlıca səbəbi Lenovo-nun Avropa, Yaxın Şərq və Afrikadakı (EMEA) müştərilərinə daha yaxın olmaq istəyi idi. EMEA-da istehsalın lokallaşdırılmasının üstünlükləri göz qabağındadır. Bu yerləşmə yükdaşıma kilometrajını azaldır və bununla yanaşı, Lenovo-ya məhsullarını müştərilərə çatdırmaq üçün daha səmərəli və ekoloji cəhətdən təmiz yollar tapmağa imkan verir. Zavodun açılışı məhsulların ABŞ və Çindən təchiz olunduğu günlərlə müqayisədə yük millərinin azalması səbəbindən CO2 emissiyasını 90%-dən çox azaldıb.
Fabrik Lenovo-nun indiyə qədər inşa etdiyi ən ekoloji təmiz istehsal obyektlərindən biridir. Fabrikin hər bir binası günəş panelləri ilə təchiz olunub. Ümumilikdə zavodun damlarında 4 meqavat yaşıl enerji istehsal olunur. Bu, təkcə istehsalın özünü deyil, kiçik bir qəsəbəni də elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Zavoddakı bütün işıqlandırma enerji itkisinin qarşısını almaq üçün hərəkət sensorları ilə təchiz edilmişdir.
Fabrikin dayanıqlığı yalnız konstruktiv xüsusiyyətlərdən ibarət deyil. Məsələn, zavodda aşağı temperaturda lehimləmə texnologiyasından istifadə edilir ki, bu da istehsalın bu mərhələsində CO2 emissiyasını 35% azaldır. Bundan əlavə, istifadə edilmədikdə bütün cihazların avtomatik sönməsi heç bir komponentin itirilməməsinə və onların hər birinin tam işləməsinə zəmanət verir. Zavod elə tikilib ki, serverlərin yaratdığı istilik infrastruktur obyektlərinin isidilməsi üçün istifadə olunsun. Hazırda istehsal sexinin istiliyi digər otaqlarda komfortlu temperaturun saxlanılması üçün yönləndirilir. Qışda emalatxanalarda temperaturu kompensasiya etmək üçün küçədən alınan hava ilə təbii soyutma tətbiq edilir. İstiliyin bu cür istifadəsi enerji xərclərinin 14% azalmasına imkan yaradıb.
Sosial məsuliyyətli biznes və inklüziv mühitin yaradılması
Avropada zavodun açılması Lenovo-nu EMEA regionundakı müştərilərinə daha da yaxınlaşdırdı ki, bu da şirkətin istehsal müəssisələrinin necə qurulması, işçilərin hansı şəraitdə işləməsi, dünyanın 69 ölkəsinə çatdırılan innovativ məhsulların necə hazırlanması barəsində hər kəsin məlumatlı olmasını təmin etdi. Son bir il ərzində zavoda 180-dən çox nümayəndə heyəti baş çəkib, həmçinin zavodda müştərilər və tərəfdaşlar üçün müəssisədə istehsal olunan avadanlıqların nümayişi ilə ekskursiyalar keçirilir.
Ullodakı Lenovo zavodu təkcə innovasiya mərkəzi deyil, o, eyni zamanda regionun sosiallığına töhfə verən müəssisədir. İl ərzində işçilərin sayı 20% artmış, regionda 500-dən çox yeni iş yeri yaradılmışdır. Hazırda fabrikdə 15 müxtəlif ölkədən işçilər çalışır. Lenovo inklüziv iş mühiti təmin etməklə bu fərqliliyi təşviq edir. Məsələn, zavodun kafesində müxtəlif növ qida məhsulları və dünya xalqlarının mətbəxləri təqdim olunur.
Lenovo Fondu vasitəsilə şirkət könüllülük fəaliyyətini fəal şəkildə inkişaf etdirir, yerli məktəbləri texnologiya ilə təmin edir və lokal Qırmızı Xaç Cəmiyyəti ilə birlikdə qan donorluğu təşəbbüsünü təbliğ edir. Bu və bir çox digər təşəbbüslərə görə Lenovo Macarıstan hökuməti tərəfindən mükafatlandırılıb.
Lenovo's First European In-House Manfacturing Facility | Factory Tour
***
Şirkətlərin dayanıqlı inkişaf istiqamətinə yönəlmiş öhdəlikləri bəzən abstrakt görünə bilər. Lenovo-nun Ullodakı flaqman zavodunda reallaşdırılan dayanıqlı innovasiyalar şirkətin 2050-ci ilə qədər sıfır CO2 emissiyasına nail olmaq öhdəliyinin real hədəf olduğunu nümayiş etdirir. Lenovo emissiyaların azaldılması səylərinə Macarıstandan başlayaraq, dayanıqlı inkişafın qabaqcıl üsullarını özünün dünya üzrə bütün istehsal sahələrində tətbiq etməyi planlaşdırır.
Reklam hüququnda