Bakıda parkda iki nəfərin bahalı telefonu oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda parkda iki nəfərin bahalı telefonu oğurlandı

Qafar Ağayev12:59 - 22 / 06 / 2023
Bakıda parkda iki nəfərin bahalı telefonu oğurlandı

Bakıda parkda 2 nəfərin telefonu oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən parkların birində Bakı şəhər sakini olan 2 nəfərin 2100 manat və 1500 manat dəyərində 2 ədəd mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qurbanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər