Göygöldə 1 nəfər göldə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyunun 22-də Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
366