Naxçıvanda 62 yaşlı kişi iş başında ürəktutmasından ölüb

Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin 62 yaşlı işçisi işdə vəfat edib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün idarədə qeydə alınıb.
Belə ki, Naxçıvan şəhər Qaraçuq kənd sakini, 1961-ci il təvəllüdlü Seyidov Mirismayil Miryusif oğlu işdə qəfildən ölüb. Onun ölümünə səbəb ürəktutması olub. İlkin məlumata görə, M.Seyidov uzun zamandır ürək xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır.
417