Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşınması müəyyən edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşınması müəyyən edildi - FOTO

14:16 - 29 / 06 / 2023
Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşınması müəyyən edildi - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.

Bu barədə 1news.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonu, Caqacuq çayının yatağından "5 saylı Yol İstismar İdarəsi" MMC, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən “Azvirt” MMC tərəfindən, Şabran rayonu, Dəvəçiçay çayının yatağından isə "Siyəzənneft" NQÇİ-yə məxsus nəqliyyat vasitələri ilə qum-çınqıl daşındığı məlum olub.

Faktlarla bağlı aktlar və protokollar tərtib olunub, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər