Fransada AzTV-nin əməkdaşlarına hücum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransada AzTV-nin əməkdaşlarına hücum olub

10:32 - 29 / 06 / 2023
Fransada AzTV-nin əməkdaşlarına hücum olub

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb.

1news.az-ın xəbərinə görə, bununla bağlı AzTV bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, dövlət televiziyasının əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar:

“Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər”.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, - bəyanat bildirilib.

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər