Abşeronda iki nəfəri öldürən şəxs həbs edilib
Abşeron rayonu Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirməkdə təqsirləndirlən Sərxan Həşimov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, iyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.
Bu gün, xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimova müalicə aldığı xəstəxanada ölüb.
Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.