Bakıda 23 nəfər günvurma ilə bağlı həkimə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 23 nəfər günvurma ilə bağlı həkimə müraciət edib

16:05 - 10 / 07 / 2023
Bakıda 23 nəfər günvurma ilə bağlı həkimə müraciət edib

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.

1news.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər