6700-ə yaxın bakalavr magistratura üzrə ixtisaslaşma seçimi edib | 1news.az | Xəbərlər
Cəmiyyət

6700-ə yaxın bakalavr magistratura üzrə ixtisaslaşma seçimi edib

10:28 - 10 / 07 / 2023
6700-ə yaxın bakalavr magistratura üzrə ixtisaslaşma seçimi edib

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, 10 iyul saat 09:15-ə olan məlumata əsasən, 6696 bakalavr (Azərbaycan bölməsi üzrə 6096, rus bölməsi üzrə 600) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız 13 iyul saat 23:59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Qeyd: SABAH qrupları üzrə ixtisaslaşmaları 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində bu gün saat 12:00-dək tələbələrin qeydiyyatı aparılır.

Paylaş:
239

Son xəbərlər

Bütün xəbərlər