Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb

Qafar Ağayev12:56 - 11 / 07 / 2023
Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazası yanıb

Bakıda mağaza yanıb.

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər