Söyüdlüdə bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Söyüdlüdə bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır

16:23 - 12 / 07 / 2023
Söyüdlüdə bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır

Müvafiq strukturların nümayəndələri tərəfindən ərazidən nümunələrin götürülməsi, yerində analizlərin aparılması təşkil olunub

1news.az APA-ya istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.

Muxtar Babayev deyib ki, Səhiyyə Nazirliyi müvafiq göstəriciləri təqdim edib:

“Qan dövranı və digər xəstəliklər rayon göstəriciləri səviyyəsindən, bəd xassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır”.

Komissiya sədri qeyd edib ki, bitki və heyvan sağlamlığı ilə bağlı xəstəliklərin tullantı suları ilə əlaqəli olmadığı üzə çıxıb: “Arı xəstəlikləri ilə bağlı sionidin təsiri üzə çıxmayıb”.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər