AZAL-ın gecikmiş reysi Bakıdan İstanbula yola salınıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın gecikmiş reysi Bakıdan İstanbula yola salınıb – YENİLƏNİB

14:26 - 14 / 07 / 2023
AZAL-ın gecikmiş reysi Bakıdan İstanbula yola salınıb – YENİLƏNİB

"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

AZAL-dan 1news.az-a verilən məlumata görə, Həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.

***

11:54

"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

AZAL-dan 1news.az verilən məlumata görə, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər