Sahibə Qafarova Fuat Oktayla görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Fuat Oktayla görüşüb

Qafar Ağayev15:28 - 18 / 07 / 2023
Sahibə Qafarova Fuat Oktayla görüşüb

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, Fuat Oktayın Türkiyənin vitse-prezidenti, həmçinin Türkiyə və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri olduğu dövrdəki fəaliyyətini yüksək qiymətləndirib.

Spiker qonağı TBMM-in Xarici əlaqələr komitəsinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə AKP-nin qələbəsinin, Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da diqqətlə izlənildiyini qeyd edib. Sahibə Qafarova bildirib ki, Milli Məclisin 30-a yaxın deputatı da müxtəlif beynəlxalq təşkilatların missiyaları çərçivəsində bu seçkiləri müşahidə ediblər.

Söhbətdə Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli görüşlərin və danışıqların münasibətlərimizin inkişafındakı rolundan danışıb.

İki ölkənin parlamentlərarası əlaqələrindən danışan spiker, qarşılıqlı dostluq qruplarının sıx əməkdaşlığını qeyd edib, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. O, 2014-cü ildə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli əsasda əməkdaşlığının əsasının qoyulduğunu nəzərə çatdıraraq, indiyədək bu formatda 8 görüşün keçirilməsinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Söhbət zamanı spiker Sahibə Qafarova Ermənistanın bölgədə yaranmış yeni reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü lazımınca qiymətləndirəcəyinə inamını bildirib.

Fuat Oktay Prezident İlham Əliyevlə dünən keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, bildirib ki, iki ölkə arasında Şuşa Bəyannaməsi çərçivəsində yaradılmış müttəfiqlik çərçivəsi bizə çox ciddi fürsətlər verir.

Fuat Oktay bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyinə görə bir daha təşəkkürünü ifadə edib.

Söhbət zamanı TBMM-in komitə sədri parlament diplomatiyasının əhəmiyyəti, TürkPA çərçivəsində əməkdaşlığın perspektivləri, ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, bölgədə həyata keçirilən nəhəng layihələr barədə fikirlərini bölüşüb. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Paylaş:
329

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər