“KIKO MILANO” Gücünü Disneylə birləşdirərək “LITTLE MERMAID” Kolleksiyasını təqdim edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“KIKO MILANO” Gücünü Disneylə birləşdirərək “LITTLE MERMAID” Kolleksiyasını təqdim edir - VİDEO

11:04 - 18 / 07 / 2023
“KIKO MILANO” Gücünü Disneylə birləşdirərək “LITTLE MERMAID” Kolleksiyasını təqdim edir - VİDEO

“KIKO MILANO” şirkəti DISNEY ilə əməkdaşlıq edərək özünün yeni məhdud buraxılışlı “THE LITTLE MERMAID” (balaca su pərisi) kolleksiyasını təqdim edir: may ayında kinoteatrlarda nümayiş etdirilən Disney canlı filmindən ilham alan yeni yay kolleksiyası.

Azad və cəsur qəhrəmanın hekayəsindən və onun özgüvənli və hər şeyə maraqlı ruhundan ilham alan bu kolleksiya macəra üçün hazırlanmış məhsullar xəzinəsi təklif edir – uzunmüddətli, suya davamlı, seçilmiş tərkiblərdə nəmləndirici – sizi okeanın dərinliklərini kəşf etməyə sövq edəcək, yay görünüşləri isə sahili kəşf etmək və isti havanın verdiyi hər şeydən zövq almaq üçün ideal olacaqdır.

Disney- LITTLE MERMAID (BALACA SU PƏRİSİ) kolleksiyası hər bir məhsulunu onu qiymətli zinət əşyasına çevirən zərif və arzuolunan qablaşdırmada təqdim edir: mirvari görünüşlü korpus və balıqqulağı formasında dizaynların dolabınızda qürurverici bir yer tutacağına zəmanət verilir.

Yeni kolleksiyanın rəng çalarları da dənizin məftunedici rənglərindən ilhamlanmışdır. Dəniz mavisi suyun gözəllik dünyasını əks etdirərkən qızılı qum tonları isə sahil xəttinin möhtəşəmliyini xatırladır. Nağıl qəhrəmanına xas zəngin daş-qaş tonlarının ahənginə dalın - çəhrayı, narıncı və yaşıl - bunların hamısı sizin üçündür.

12 may 2023-cü il tarixindən etibarən www.kikomilano.com saytından və müxtəlif ölkələrdəki mağazalarımızdan əldə edə bilərsiniz.

Disney – THE LITTLE MERMAIDdən (BALACA SU PƏRİSİ) ilham alan dəriyə qulluq seriyası

Sərin duş alaraq hisslərinizi cuşa gətirməklə yeni günə başlayın. Dərinizi zərif toxunuşla təmizləmək və daha yumşaq və meyvə ətirli etmək üçün sitrus ətirli Body Scrub (Bədən Skrabı)na müraciət edin. Sonra bədəninizə yeni günəşdən qoruyucu məhsullarımızdan çəkin. Günəşin güclü şüalarından mükəmməl şəkildə qorunduğunuzdan əmin olmaq üçün suya davamlı Face & Body Sun Cream SPF 30 yaxud SPF50 (Üz və Bədən üçün Günəşdən qoruyucu Krem SPF 30 və ya SPF50) istifadə edin. Günəşə məruz qalan dəriyə dərhal qulluq etmək üçün şi yağı və bitki ekstraktı ilə zənginləşdirilmiş soyuducu məhsul Face & Body After Sun Cream (Üz və Bədən üçün Günəşdən qoruyucu kremi) kremini də SPF-niz ilə birlikdə çantanıza qoyun. Dodaqlarınıza təbii parıltı vermək üçün meyvə və çiçək yağları ilə zənginləşdirilmiş yumşaldıcı Lip Balm SPF 50 (Dodaq Balzamı SPF 50) istifadə edərək kristal parıltısından həzz alın. Nəhayət, parlaqlaşdırıcı və mükəmməlləşdirici keyfiyyətlərə malik parlaq yüngül teksturalı Perfecting Face Fluid SPF50 -dən bol miqdarda tətbiq edərək diqqətinizi üzünüzə yönəldin.

Üzünüzə qulluğu əlavə sərinləşdirici qulluq ilə tamamlamaq üçün dərinizə və göz ətrafınıza ekstra təravət və sərinlik qatacaq masaj toplu şüşə aplikator olan Refreshing Globe (Təravətləndirici Kürəcik) istifadə edin.

Yeni günəşdən qoruyucu məhsullarımızla dəniz kənarını kəşf etməyə hazır olun.

Disney - THE LITTLE MERMAIDdən ilham alan baza

Baza üçün 10 saata qədər qalıcılığı sınaqdan keçirilmiş uzunmüddətli, yüngül tonal krem olan Fresh Feel Foundation SPF 30 (Təravət hissi verən Tonal krem SPF 30) seçin. Tərkibində hialuron turşusu olan bu krem dərinizi təravətləndirir və hamar yay görünüşü yaratmaqla təbii parlaqlıq verir. Bu tonal krem bütün dəri tonları üçün 10 çalarda mövcuddur.

Sonra, günəş şüalarına tab gətirəcək mat bir örtük yaratmaq üçün Powder Foundation SPF50 (Pudra Tonal kremi SPF50) istifadə edin. Kokos qoxusu ilə zənginləşdirilmiş bu krem yaş və quru halda tətbiq edilə bilir ki, bu da sizin üçün istifadəni asanlaşdırır. Suya və tərə davamlı SPF50 formulası ilə görünüşünüzü gün ərzində təravətli saxlamaq üçün mükəmməl seçimdir.

Yanaqlarınıza Radiant Baked Blush ənliyini tətbiq etmək üçün Duo Face Brush üz fırçasından istifadə edin. Möhtəşəm mərmərəbənzər qablaşdırmada olan Ənlik papaya toxumu ekstraktı ilə zənginləşdirilmişdir. Parıltılı mirvari və piqmentləri təbii və parlaq bir görünüş yaradır.

İndi bizim ikonik Sunkissed Baked Bronzer məhsulumuzla üzünüzü qızdırın və rəngləndirin. Onun ləzzətli kokos və vanil qoxusunu içinizə çəkərək balıqqulağı formasında mükəmməl yığcam qablaşdırmasından zövq alın və üzünüzün təbii olaraq günəş şüalarının çatacağı bütün hissələrinə çəkin. Mirvari parıltısı vermək üçün istifadəni asanlaşdıran ikitərəfli qablaşdırmada mövcud manqo ətirli Contour & Highlighter Duo Stick-dən istifadə edin.

Dekolte hissənizdən başlayaraq üzünüzə yaymaqla dəniz pərisi parıltısını artırmaq üçün görünüşünüzü All Over Highlighter ilə tamamlayın.

Disney - THE LITTLE MERMAIDdən ilham alan gözlər

İlk olaraq, dörd məhdud rəng çalarında olan bizim əfsanəvi göz kölgəsi çubuğumuz Long-Lasting Eyeshadow Stick 24 Hours No-Transfer ilə gözlərinizin rəngini vurğulayın. 24 saata qədər yüksək piqmentli, axmağa davamlı rəng təqdim edən bu göz qələmi bütün gün ərzində qalıcı olacaq seçimdir. Eyeshadow Palette (göz kölgəsi) palitrasından istifadə edərək qum qızılı və yumşaq, parıldayan çəhrayı və dərin akvamarin kimi sahil çalarlarını canlandıracaq göz kölgənizini yaradın. Yüksək piqmentli, möhtəşəm rəng kombinasiyalarını əks etdirən palitralar tam su pərisi qlamuru üçün iki sıx tutqun rəngi bir metal və bir xüsusi effektli metal tonu birləşdirir.

İndi isə göz rənginizi daha da vurğulamaq üçün Eyeliner və Kajal göz qələmindən istifadə edərək gözlərinizə parlaq, aydın kontur verin. 10 saata qədər qalıcılığı sınaqdan keçirilmiş bu formula intensiv nəticəni dəqiq xətlərlə birləşdirir ki, bu da gözəlliyinizi istədiyiniz formada vurğulamağınıza şərait yaradır. Görünüşü daha da canlandırmaq üçün onu qara mürəkkəbli, suya davamlı göz markeri Waterproof Eye Marker ilə tamamlayın.

İndi 16H Long Lasting Multi Dimensional Mascara tuşu ilə tam şəhzadəyə məxsus dolğun kirpiklər yaratmağın vaxtıdır. Bitki ekstraktları ilə zənginləşdirilmiş formulanı gücləndirən əlavə tam həcm effekti; Vitis vinifera (üzüm) toxumu ekstraktı, Thymus vulgaris (kəklikotu) çiçək/yarpaq ekstraktı və 16 saata qədər tam qara rəng təmin edən kivi ekstraktı. Bütünlüklə yeni, dolğun həcm və möhtəşəm göz çərçivəsi yaratmağa imkan verir.

Qaşlarınızı Eyebrow Stick (Qaş qələmi) ilə vurğulayaraq və sabitləyərək gözlərinizin görüntüsünü daha da mükəmməl edin. Yüksək piqmentli formulaya malik fırça aplikatorlu qaş sabitləyici həcmli və dolğun qaşlar üçün laminasiya effekti yaradır.

Disney – THE LITTLE MERMAIDdən ilham almış dodaqlar

Bu yay çəhrayı, qırmızı və yumşaq açıq çalarlarla dodaqlarınızın gözəlliyini daha da artırın. 12 saat rəng və rahatlıq verən formulaya malik Waterproof Lip Liner istifadə etməklə dodaq konturlarınızı vurğulamaqdan başlayın. Sonra, Nəmləndirici Matte Lip StyloCreamy Lip Stylo arasında seçim edərək laynerinizin kölgəsinə yüksək keyfiyyətli dodaq boyası çəkin. Dodaq görünüşünüzü şi yağı və kokos yağı ilə zənginləşdirilmiş innovativ mərmərli teksturaya malik qidalandırıcı və vanil ətirli Shine On Me Dodaq Parıldadıcısı ilə tamamlayın.

Disney - THE LITTLE MERMAIDdən ilham almış dırnaqlar

Son toxunuş olaraq dörd dəniz sahili rəng çalarından birində olan Dırnaq Lakını seçin. Tez bir zamanda yüksək parıltı, tam yayılma və bərabər paylanmanı təmin edir.

Və budur - kolleksiyanız tamamlandı. İndi sizi növbəti macəra gözləyir!

Məlumat, nümunə və ya şəkil üçün XXX ilə əlaqə saxlayın.

[ad | email ünvanı | telefon nömrəsini daxil edin]

Redaktorlar üçün :

1997-ci ildə Milanda təsis edilmiş KIKO MILANO o vaxtdan etibarən kosmetik məhsulların dünya miqyasında satışında inqilab edir. KIKO dövrün əsas gözəllik trendlərini müəyyən etməklə yanaşı, onları hər kəs üçün əlçatan edir. İtalyan DNT-sində kök salan keyfiyyət və yaradıcılığı birləşdirən KIKO, hər bir peşəkar və fərdi makiyaj tələblərini ödəmək üçün sonsuz çalarlar, tonlar və teksturaları ilə ən tələbkar və müxtəlif gözəllik aludəçilərini fəth etmişdir.

Brendin 1000-dən çox mağazası vardır və 42 marketdə mövcuddur.

“Balaca su pərisi”, uzaqgörən kinorejissor Rob Marşalın Oskar® mükafatlı musiqili klassik cizgi filmi 26 may 2023-cü il tarixində bütün ölkə kinoteatrlarında nümayiş etdiriləcəkdir. “Balaca su pərisi” gözəl və macərapərəst gənc su pərisi olan Arielin sevimli hekayəsidir. Kral Tritonun qızlarının ən kiçiyi və ən itaətkarı olan Ariel dənizin o tayındakı dünya haqqında daha çox məlumat əldə etmək arzusundadır və yer üzünü ziyarət edərkən cəsarətli Şahzadə Erikə aşiq olur. Su pərilərinin insanlarla ünsiyyət qurması qadağan edilsə də, Ariel öz ürəyinin səsinə qulaq asmalıdır. O, pis dəniz cadugəri Ursula ilə razılığa gəlir və bu, ona quruda həyatı yaşamaq şansı versə də, sonda onun həyatını və atasının şahlığını təhlükə altına qoyur.

Filmdə Ariel rolunda müğənni və aktrisa Halle Bailey (“grown-ish”); Şahzadə Erik rolunda Jonah Hauer-King (“A Dog’s Way Home”); Sebastianı səsləndirən Tony Award® laureatı Daveed Diggs (“Hamilton”); Skatlın səsləndirən Awkwafina (“Raya and the Last Dragon”); Flounder səsləndirən Yakob Tremblay (“Room”); ; Kraliça Selina rolunda Noma Dumezweni (“Mary Poppins Returns”); Ser Qrimsbi rolunda Art Malik (“Homeland”); King Triton rolunda Oscar® mükafatçısı Javier Bardem ("No Country for Old Men ", "Being the Ricardos") və Ursula rolunda iki dəfə Akademiya Mükafatı® namizədi Melissa Makkarti (“Can You Ever Forgive Me ?” “Bridesmaids”) çəkilmişdir.

“Balaca su pərisi” Oskar® namizədi Rob Marşall (“Chicago,” “Mary Poppins Returns”) tərəfindən iki dəfə Oskar mükafatına namizəd David Maqinin (“Life of Pi”, “Finding Neverland”) ssenarisi əsasında çəkilmişdir. Mahnılarda bir çox Akademiya Mükafatı® laureatı Alan Menkenin (“Beauty and the Beast,” “Aladdin”) musiqisi və sözləri Howard Ashman, yeni sözləri isə üçqat Tony Award® laureatı Lin-Manuel Miran tərəfindən təqdim edilmişdir. Filmin prodüseri ikiqat Emmy® mükafatçısı Marc Platt, p.g.a. (“İsa Məsih Superstar Live in Concert”, “Grease Live!”), Miranda, ikiqat Emmy mükafatçısı John DeLuca, p.g.a. (“Tony Bennett: An American Classic”) və baş prodüseri isə Cefri Silver (“The Lion King”) ilə Rob Marshall olmuşdur.

© Disney

Reklam hüququnda

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər