Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 ayda 6 qanunverici layihə hazırlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 ayda 6 qanunverici layihə hazırlayıb

Ayşən İsmayılova10:37 - 19 / 07 / 2023
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6 ayda 6 qanunverici layihə hazırlayıb

“ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilk növbədə ailə, uşaq, qadın məsələləri, gender bərabərliyi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əlaqələndirici qurum kimi çıxış edir”.

1news.az xəbər verir ki bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqində deyib.

“ Biz ilk növbədə qanunverici əsasda fəaliyyət göstəririk. Bu müddət ərzində normativ hüquqi bazanın gücləndirilməsi məqsədilə komitə tərəfindən 6 qanunverici layihə hazırlanmışdır. Eyni zamanda 5 sənəd hazırlanmışdır”.

Paylaş:
1833

Son xəbərlər

Bütün xəbərlər