Bahar Muradova: “Komitəyə 2023-cü ilin 6 ayə üzrə 3359 şikayət daxil olub”
“Dəstək xidmətləri özəl olduqda, qeyri-hökumət təşkilatları yanında olduqda vətəndaşlar ora daha rahat müraciət edə bilirlər”.
1news.az xəbər verir ki bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqində deyib.
“Yəni hansısa komplekslər olmadan öz dərdlərini daha rahat söyləyə bilirlər. Bu baxımdan belə mərkəzlərin və dəstək xidmətlərinin olmasına komitə hər zaman dəstək verir. Buraya 2023-cü il üzrə müraciətlərin ümumi sayı 3359-dur. Bura ailədaxili problemlər, məişət zorakılığı, sosial rifah, boşanma kimi müxtəlif məsələlərdə məsləhətlər almaq üçün müraciətlər olunmuşdur və bu müraciətlərə çox diqqətlə yanaşılmışdır”.