Bakıda binanın damında təhlükəli hal aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda binanın damında təhlükəli hal aradan qaldırılıb

17:47 - 25 / 07 / 2023
Bakıda binanın damında təhlükəli hal aradan qaldırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının damına bərkidilən ötürücü dirəyinin qırılaraq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən məlumata görə, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər dirəyi müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər