Azərbaycan müdafiə naziri Türkiyədə səfərdədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan müdafiə naziri Türkiyədə səfərdədir

09:40 - 25 / 07 / 2023
Azərbaycan müdafiə naziri Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu barədə 1news.az-a Nazirlikdən xəbər verilib.

Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər