Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

10:05 - 25 / 07 / 2023
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər