Uqanda Prezidenti “ASAN xidmət”in nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Uqanda Prezidenti “ASAN xidmət”in nümayəndə heyətini qəbul edib

Qafar Ağayev11:42 - 26 / 07 / 2023
Uqanda Prezidenti “ASAN xidmət”in nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uqanda Respublikasında səfərdədir.

1news.az xəbər verir ki, səfər çərçivəsində Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Museveni nümayəndə heyətini qəbul edib.

Ülvi Mehdiyev Uqandanın Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Dövlət Agentliyinin sədri Qoşulmama Hərəkatına (QH) sədrliyimiz çərçivəsində Azərbaycan Respublikası tərəfindən irəli sürülən təşəbbüslərə fəal dəstək göstərdiyinə görə Uqanda tərəfinə təşəkkür edib və Azərbaycan tərəfindən də Uqandanın Hərəkata sədrliyinə troyka üzvü kimi yaxından dəstək göstəriləcəyini qeyd edib.

Görüş zamanı Dövlət Agentliyinin sədri 11 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəçiliyi sahəsində genişmiqyaslı islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan innovasiyalar, mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (ESD) sistemi barədə məlumat verib, “ASAN xidmət” konsepsiyasını Prezident Museveniyə təqdim edib.

Uqanda Prezidenti salamlara görə minnətdarlığını bildirib, öz növbəsində onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib. “ASAN xidmət” konsepsiyasının Uqanda Respublikasında tətbiqinin önəmini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Həmçinin öz ölkəsində “ASAN xidmət”in ESD sisteminə keçidə başlanılması ilə bağlı müvafiq tapşırıq verib.

Sonda Uqanda Respublikasının Prezidentinə “ABAD”çı ailəsi tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.

Nümayəndə heyətinin Uqanda Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Uqandanın Hoima şəhərində “ASAN xidmət” konsepsiyası əsasında yaradılan Xidmət Mərkəzinin açılışı planlaşdırılır.

Paylaş:
313

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər