Cərimə, ödəmə vasitələri, pulsuz dayanacaq - Ödənişli parklanma yerləri ilə bağlı suallara CAVAB - ÖZƏL | 1news.az | Xəbərlər
Reportaj

Cərimə, ödəmə vasitələri, pulsuz dayanacaq - Ödənişli parklanma yerləri ilə bağlı suallara CAVAB - ÖZƏL

Qafar Ağayev17:51 - 27 / 07 / 2023
Cərimə, ödəmə vasitələri, pulsuz dayanacaq - Ödənişli parklanma yerləri ilə bağlı suallara CAVAB - ÖZƏL

Xəbər verdiyimiz kimi 25 iyuldan Bakı, Sumqayıt və Gəncə şəhərlərində nəqliyyat vasitələrinin parklanması üçün yeni tariflər müəyyənləşib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Bu qərar dövlət yollarında təşkil edilmiş dayanacaqlara şamil edilir.

Dayanacaq qiymətləri şəhərin mərkəzində və yaşayış massivlərinin kənarında yerləşən parkinq yerlərindən asılı olaraq şaxələndirilib. Bakı şəhəri üçün 4 parkinq zonası müəyyən edilib və hər zonaya görə ödənişlər tutulur. Parkinqin qiyməti 30 qəpikdən 1 manata qədərdir.

Artıq bir çox yerlərdə məlumatverici lövhələr quraşdırılıb. Bununla belə bəzi məqamlar sürücülərə qaranlıq qalıb.

1news.az bütün bunları nəzərə alaraq, sürücüləri maraqlandıran bəzi məsələrlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə suallar ünvayıb.

Cavabları təqdim edirik:

- Avtomobilini park edən insanlar ödənişlərini yalnız tətbiq vasitəsilə ödəyə bilərlər yoxsa, başqa vasitələr də olacaq?

- Parklanma yerlərindən istifadə üçün nəzərdə tutulan ödənişlər yalnız nağdsız formada mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Sürücülərin bu barədə birbaşa yerində məlumatlandırılması məqsədilə parklanma yerlərində müvafiq yol nişanlarının altında xüsusi məlumat lövhələrinin quraşdırılır.

- Yeni quraşdırılan məlumatverici lövhələrdə parklanma üçün ödəniş edilmədiyi təqdirdə cərimə yazılacağı qeyd olunub. Bu cərimə necə yazılacaq, cəriməni polis yazacaq, yoxsa AYNA əməkdaşları?

- Ödənişli parklanmanın tətbiq ediləcəyi hər bir küçə barədə əvvəlcədən məlumatlandırmanın həyata keçirilməsi nəzərdə tutulub. Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə üçün ayrılmış əməkdaşlar tərəfindən nəzarət ediləcək. Ödəniş edilməməsinə görə inzibati tənbeh tədbiri AYNA tərəfindən tətbiq olunacaq.

- Parklanmaya görə ödənişin edilməməsinə görə cərimə nə qədər müəyyənləşdirilir?

- Ödənişli küçə parklanma yerlərindən istifadəyə görə ödəniş edilməməsi inzibati məsuliyyət yaradan haldır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1 maddəsinə əsasən bu cür xətaya yol verən sürücülər 10 manat məbləğində cərimə olunacaq.

- Hazırda məlumatverici lövhə qurulan yerlərdə vətəndaşlar ödəniş etməlidirlərmi?

- Hazırda məkrəz və 1-ci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri aparılır. Bu çərçivədə parklanma yerlərində müvafiq yol nişanları, məlumat lövhələri quraşdırılır. Eyni zamanda da nişanlanma xətləri çəkilməkdədir. Yaxın günlərdə bu barədə əlavə məlumat verilcək.

- Ümumilikdə Bakı şəhərində nə qədər küçədə avtomobillərin parklanmasına görə ödəniş tələb olunacaq?

- Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 25 iyun 2023-cü il tarxili 213 saylı qərarında ödənişli parklanma zonalarının əhatə etdiyi ərazilərin hüdudları müəyyən edilib. Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyasını ehtiva edən qərara əsasən Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir. 4-cü parklanma zonasına daxil edilən ərazilərdə parklanma ödənişsizdir.

- Qeyd olunub ki, axşam saat 22:00-dan səhər 07:00-a qədər və bazar günləri parklanma ödənişsizdir. Bu, şəhərin mərkəzi küçələrinə də aiddir?

- Bu qayda ödənişli parklanma zonasına daxil olan bütün parklanma yerlərinə (mərkəz, 1-ci, 2-ci və 3-cü zona) şamil edilir.

Paylaş:
2993

Son xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib29 / 09 / 2023, 17:08Bakıda narkotik satan daha 3 nəfər tutuldu - VİDEO29 / 09 / 2023, 17:00XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib29 / 09 / 2023, 16:54İlham Əliyev: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır29 / 09 / 2023, 16:40DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib29 / 09 / 2023, 16:30İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik29 / 09 / 2023, 16:20Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir29 / 09 / 2023, 16:11Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 16:01Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın29 / 09 / 2023, 15:55Azərbaycanda ilk iPhone 15 icmalı yayımlandı! İzləyin və smatrfonları 30 aylıq taksitlə Umico Market-də seçin29 / 09 / 2023, 15:42Prezident: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”29 / 09 / 2023, 15:31Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - PROQNOZ29 / 09 / 2023, 15:30Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları nəzarət edir29 / 09 / 2023, 15:28Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda növbəti görüş keçirilir29 / 09 / 2023, 15:24Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi29 / 09 / 2023, 15:22Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb29 / 09 / 2023, 15:19Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 15:09Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq29 / 09 / 2023, 15:03Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH29 / 09 / 2023, 15:00
Bütün xəbərlər

Next TV